Naxçıvanda işə düzəltmək adı ilə 50 min manatlıq dələduzluq etdilər

Naxçıvan Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən 38 yaşlı Elvin İsmayılov saxlanılıb.
"Azdin.az" xəbər verir ki, o, ayrı-ayrı vaxtlarda 5 vətəndaşı işə düzəltmək vədi ilə aldadaraq 50 min manat pul vəsaitini ələ keçirib.
Faktla bağlı Naxçıvan  ŞPİ-də cinayət işi başlanılıb, hazırda cinayət işi üzrə araşdırma davam etdirilir.
E.İsmayılovun analoji əməllərindən zərər çəkmiş başqa şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər.

Xəbər lenti
Çox oxunanlar