Gəncədə "Azərişıq”ın əməkdaşını elektrik cərəyanı vuraraq öldürdü

Gəncədə 58 yaşlı kişini elektrik cərəyanı vurub.
 
Ötən gün şəhərin Azərbaycan Bayrağı küçəsində qeydə alınıb.
 
Belə ki "Azərışıq” ASC-nin 58 yaşlı əməkdaşı C.Vəliyevi iş vaxtı elektrik cərəyanı vurub. O hadisə yerində həyatını itirib. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə verilib.
 
Faktla bağlı araşdırma aparılır.
 
APA

Xəbər lenti
Çox oxunanlar