Bakının mərkəzində eyvan uçdu - Xəsarət alan var (VİDEO)

Bakıda yaşayış binasının eyvanı uçub.
"Azdin.az" xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.
Bildirilib ki, hadisə Səbail rayonu ərazisində, Rəşid Behbudov küçəsində baş verib.
Hadisə nəticəsində binanın qarşısından keçən qadın xəsarət alıb.
Hadisə yerinə aidiyyəti qurumlar cəlb olunub.

Xəbər lenti
Çox oxunanlar