Biləsuvarda təzyiqdən öldüyü deyilən qadının qətlə yetirildiyi məlum olub, gəlin və qardaşı saxlanılıb

Biləsuvar sakini boğularaq öldürülüb, bəzi təfərrüatlar məlum olub.
 
Bir müddət öncə beyindaxili təzyiqdən öldüyü deyilən 1953-cü il təvəllüdlü Almaz Cəfərovanın qətlə yetirildiyi müəyyən edilib.
 
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə onun boğularaq öldürüldüyü məlum olub. Qətl hadisəsində şübhəli bilinən gəlini 1995-ci il təvəllüdlü Gülbəniz Həsənzadə və gəlinin qardaşı 2000-ci il təvəllüdlü Qasım Həsənov polis əməkdaşları tərəfindən saxlanılıblar.
 
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
 
APA

Xəbər lenti
Çox oxunanlar