İdarəetmədən çıxan avtomobil su kanalına aşdı - İki nəfər öldü

Bu gün, saat 09:00 radələrində Zərdab-Mollakənd avtomobil yolunun Əlvənd kəndi ərazisindən keçən 20-ci kilometrində Laçın rayon sakini Vəkil Abışovun idarə etdiyi “"Hyundai" markalı avtomobil sərt döngədə idarəetmədən çıxaraq su kanalına aşıb.
Bu barədə Azdin.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Qəza nəticəsində avtomobildə olan sərnişinlərdən Rasim Nəsibov və Paket Nəsibova hadisə yerində həyatlarını itirib.
Sürücü və digər üç sərnişin - Vidadi Nəsibov, Ramilə Nəsibova və Mütəllim Mütəllimov xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
Çox oxunanlar