Masallıda ev yanıb, baba və nəvə ölüb

Masallıda evdə yanğın olub.
 
Hadisə bu gün səhər Masallı rayonunun Qızılağac kəndində fərdi yaşayış evində baş verib. Yanğın zamanı evdə olan azyaşlı 2024-cü il təvəllüdlü Məhərrəm Məmmədzadə və onun babası, 1967-ci il təvəllüdlü Camaləddin Abdullayev ölüb.
 
Faktla bağlı araşdırma aparılır.
 
APA

Xəbər lenti
Çox oxunanlar