Gəncədə sexdə baş verən yanğın məhdudlaşdırılıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Ə.Arazov küçəsində yerləşən zavodda yanğın baş verməsi barədə məlumat daxil olub.
Azdin.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.



Xəbər lenti
Çox oxunanlar