Ələtdə pəncərə silən qadın 4-cü mərtəbədən yıxılaraq ölüb

Bakının Qaradağ rayonunda pəncərə silən 37 yaşlı qadın 4-cü mərtəbədən yıxılaraq ölüb.
 
Hadisə Ələt qəsəbəsində baş verib.
 
Məlumata görə, 1989-cu il təvəllüdlü A.Səfərova yaşadığı evin pəncərəsini silərkən ehtiyatsızlıqdan yıxılıb.
 
Xəstəxanaya yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb.
 
Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
Çox oxunanlar