Zaqatalada minik avtomobili aşıb, üç nəfər xəsarət alıb.
azdin.az ın məlumatına görə, hadisə səhər saat 8 radələrində Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı tala kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində xəsarət alan 3 nəfər Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.
Yaralılardan ikisi qardaşdır. Onlar rayonun Üçüncü Tala kənd sakinləri - 1985-ci il təvəllüdlü Cuma Nizami oğlu Xəlilov və 1992-ci il təvəllüdlü Rəsul Nizami oğlu Xəlilovdur. Digər yaralı isə Qax rayonundan olan Maşallah adı şəxsdir.
Zaqatala RMX-dan bildirilib ki, yaralılardan Rəsul Xəlilovun üzərində cərrahiyyə əməliyyatı aparılıb vəziyyəti orta-ağır, digərlərinin vəziyyəti orta-stabil qiymətləndirilir.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bu gün, 10:10
Dünən, 13:52
Dünən, 12:03
Dünən, 12:01
Dünən, 10:47
Dünən, 10:23
Dünən, 10:03
4-06-2026, 15:43
4-06-2026, 15:36
4-06-2026, 15:33
4-06-2026, 11:53
4-06-2026, 11:31
4-06-2026, 10:07
4-06-2026, 09:51
3-06-2026, 17:14
3-06-2026, 14:41
3-06-2026, 14:36
3-06-2026, 14:35
3-06-2026, 11:10
3-06-2026, 09:33