Azərbaycanda DƏHŞƏT: Qadın sevgilisi tərəfindən qətlə yetirildi (YENİLƏNİB)

Balakəndə birgə yaşadığı qadını qətlə yetirən şəxs barəsində cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən azdin.az a bildirilib ki, iyulun 27-də Balakən rayon sakini 2001-ci il təvəllüdlü Əbdürəhmanova Emilya Məzahir qızının bıçaqla qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1995-ci il təvəllüdlü Elton Layicovun qısqanclıq zəminində arvadına bıçaq xəsarətləri yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən olunub.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Elton Layicov şübhəli şəxs qismində tutulub.
***
15:26
Balakəndə küçədə bıçaqlanan 21 yaşlı qız ölüb.
azdin.az  xəbər verir ki, Emilya Abdurahmanova yerləşdirildiyi Balakən Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
***
Balakəndə  27 yaşlı Elton Layıcov sevgilisinin boğazını kəsib.
azdin.az  xəbər verir ki, o bu gün səhər saatlarında 21 yaşlı sevgilisini aralarındakı mübahisə səbəbindən çoxsaylı bıçaq zərbələri ilə öldürməyə cəhd edib. Gənc qız Təcili Yardımla Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 
Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
Çox oxunanlar