Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlər nəticəsində iyul ayı ərzində rayonun Kərəmli kəndindən vətəndaşlara məxsus iri buynuzlu mal-qaranı oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in mətbuat Xidmətinin Gəncə regional qrupundana azdın.az verilən məlumata görə, araşdırmalar zamanı məlum olu ki, rayonun Hacıməlik qəsəbə sakini Ramin Yusibov vətəndaşa məxsus ümumi dəyəri 10.000 manat olan 6 baş iri buynuzlu mal qaranı kənd ərazisindəki otlaq sahədən oğurlayaraq Gəncə şəhərində yaşayan qaynanasının evində gizlədib.Bundan başqa, saxlanılan şəxsin ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun daha bir cinayət əməli aşkar olunub. Belə ki, R. Yusibov Kərəmli kəndindəki otlaq sahədən daha bir vətəndaşa məxsus ümumi dəyəri 2000 manat olan 2 baş iri buynuzlu mal-qaranı oğurlayaraq satıb.
Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməllərini etiraf edib, faktla bağlı araşdırmalar davam etdirilir.
Dünən, 13:52
Dünən, 12:03
Dünən, 12:01
Dünən, 10:47
Dünən, 10:23
Dünən, 10:03
4-06-2026, 15:43
4-06-2026, 15:36
4-06-2026, 15:33
4-06-2026, 11:53
4-06-2026, 11:31
4-06-2026, 10:07
4-06-2026, 09:51
3-06-2026, 17:14
3-06-2026, 14:41
3-06-2026, 14:36
3-06-2026, 14:35
3-06-2026, 11:10
3-06-2026, 09:33
2-06-2026, 16:12