Xəzərin sahilində kişi və qadın meyiti TAPILDI

Sumqayıtda dənizdən 2 meyit tapılıb.
azdin.az apa-ya istinadən xəbər verir ki, hadisə Xəzər dənizinin Sumqayıt sahilində qeydə alınıb. Belə ki, istirahət mərkəzlərinin birinin sahilindən kişi və qadın meyitləri tapılıb. Meyiti tapılan şəxslərin 40-45 yaşlarında olduğu və hələlik kimliklərinin məlum olmadığı bildirilir. Onların ər-arvad olduğu ehtimal edilir.Meyitlər aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
Çox oxunanlar