Dünən 3 nəfər yol qəzalarında həlak olub

Azərbaycanda ötən gün baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən azdin.az a bildirilib ki, aprelin 25-də respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib.
Nəticədə 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Xəbər lenti
Çox oxunanlar