Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Xızıda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.
BDYPİ-dən azdin.az a daxil olan məlumatda deyilir:
"Bu gün saat 09:00 radələrində Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xızı rayonu ərazisindən keçən 69-cu kilometrliyində paytaxt istiqamətində hərəkətdə olan Xızı rayon sakini 1991-ci il təvəllüdlü Qasımov Orxan Heydər oğlunun idarə etdiyi “VAZ 2106” markalı, 10-BP-326 dövlət qeydiyyat nişanlı avtomobil ilə onunla əks istiqamətdə hərəkətdə olan Rusiya Federasiyasının vətəndaşı Maqomed Abdulmecidovun idarə etdiyi “DAF” markalı, T 706ME05 qeydiyyat nişanlı yük avtomobili toqquşub.
Nəticədə, “VAZ 2106” markalı avtomobilin sürücüsü O.Qasımov, eləcə də sərnişinləri Xızı rayon sakini 1991-ci il təvəllüdlü Xudabaxışov Pərviz Nurəddin oğlu və onun 2 aylıq qızı Xudabaxışlı Mədinə Pərviz qızı hadisə yerində ölmüş, avtomobildə olan digər sərnişinlər - 1964-cü il təvəllüdlü Vəsxanım Xudabaxışova və 1998-ci il təvəllüdlü Əfsanə Xudabaxışova isə xəsarət almışlar. Yaralılar Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdir.
Faktla bağlı araşdırma aparılır".
Dünən, 13:52
Dünən, 12:03
Dünən, 12:01
Dünən, 10:47
Dünən, 10:23
Dünən, 10:03
4-06-2026, 15:43
4-06-2026, 15:36
4-06-2026, 15:33
4-06-2026, 11:53
4-06-2026, 11:31
4-06-2026, 10:07
4-06-2026, 09:51
3-06-2026, 17:14
3-06-2026, 14:41
3-06-2026, 14:36
3-06-2026, 14:35
3-06-2026, 11:10
3-06-2026, 09:33
2-06-2026, 16:12