Şəhid atasının döyülməsi ilə bağlı DİN-dən AÇIQLAMA

Yevlax rayon sakini İlqar İsmayılovun döyülməsi ilə bağlı may ayının 14-də “102” – Zəng Mərkəzinə müraciət daxil olub.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan azdin.az a bildirilib ki, müraciətlə əlaqədar Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə İ.İsmayılova xəsarət yetirməkdə şübhəli bilinən şəxs müəyyən edilib.
Faktla bağlı Yevlax RPŞ-nin İstintaq Bölməsində müvafiq ekspertiza təyin olunaraq araşdırmalar aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Qeyd edək ki, İlqar İsmayılov Vətən müharibəsi şəhidi İntiqam İsmayılovun atasıdır.

Xəbər lenti
Çox oxunanlar