Azərbaycanda DƏHŞƏT: Ana və azyaşlı övladı ocaqda yandı

Qaxda ana və azyaşlı övladı ocaqda yanıb. 

"Azdin az"ın məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Marsan kəndində baş verib. Kənd sakini 1994-cü il təvəllüdlü Nəsimət Zahid qızı Məmmədli yaşadığı evin həyətində ocaq qalayan zaman ehtiyatsızlıqdan özü və yanında olan 6 yaşlı qızı Raziyə Məmmədli müxtəlif dərəcəli termiki yanıq xəsarətləri alıblar. Ana və azyaşlı övladı Qax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdiriliblər. Vəziyyətləri orta-ağır qiymətləndirilir. 

Xəbər lenti
Çox oxunanlar