İsmayıllıda 72 yaşlı qadın özünü asdı

İsmayıllı rayon sakini intihar edib.

"Azdin az"ın məlumatına görə, hadisə bu gün saat 13:00 radələrində rayonun Bizlan kəndində qeydə alınıb.


Kənd sakini, 1951-ci il təvəllüdlü Hümbətova Ərkinaz İsmayıl qızı yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, bilinmir. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Xəbər lenti
Çox oxunanlar