Bakıda sex YANDI

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 100 m² olan taxta konstruksiyadan ibarət tikilinin (sex kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və içərisinə yığılan 5 m³ taxta materiallar yanıb.

 "Azdın.az" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.


Qeyd olunub ki, bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti
Çox oxunanlar