Ağsuda dağlıq ərazidə baş vermiş yanğın söndürüldü

Ağsu rayonu, Girdə kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın tam söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Unikal"a verilən məlumata görə, yanğın nəticəsində dağlıq ərazidə quru ot, kol-kos, ağac və ağac kötükləri yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğınsöndürmə işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Xəbər lenti
Çox oxunanlar