Avtomobillə ana və iki azyaşlı uşağını vuran sərxoş sürücüyə cəza verildi


Şəki Ağır Cinayətlər Məhkəməsində Qubada avtomobillə ana və iki azyaşlı uşağını vurmaqda təqsirləndirilən Süleyman Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Azdin.az.az-ın əldə etdiyi məlumata görə, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd: Hadisə 2022-ci il oktyabrın 9-da rayonun Vaqif küçəsində qeydə alınıb. Belə ki, Süleyman Məmmədov idarə etdiyi avtomobillə yolu keçən Günay Fərzəliyeva və onun iki azyaşlı övladını vurub. Nəticədə qadın hadisə yerində ölüb, uşaqlar isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı Quba Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Daha sonra Süleyman Məmmədov cinayət məsuliyyətinə cəlb edilib. O, məhkəmədə ifadəsində bildirib ki, hadisə günü toydan sərxoş vəziyyətdə çıxıb. 

Xəbər lenti
Çox oxunanlar