Nəsimi rayonunda motosiklet avtomobillə toqquşub

Bakının Nəsimi rayonunda motosiklet avtomobillə toqquşub.

“azdin.az”un məlumatına görə, Çinar Əflatun oğlu Səftərov idarə etdiyi motosikletlə hərəkətdə olarkən idarəetməni itirərək avtomobillə toqquşub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qamış sümüyünün sınığı və bədənin müxtəlif dərəcəli əzilmələri diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Xəbər lenti
Çox oxunanlar