Bakıda gənc qızı avtomobil vurub

Bakının Nərimanov rayonunda gənc piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“azdin.az”un məlumatına görə, avtomobil 1997-ci il təvəllüdlü Arzu Rüfət qızı İbrahimovanı vurub.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
Çox oxunanlar