Bakıda “KamAZ” minik avtomobili ilə toqquşub, xəsarət alan var

Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“azdin”in məlumatına görə, Türkan qəsəbəsində minik avtomobili yük maşını ilə toqquşub.

Qəzada xəsarət alan 2003-cü il təvəllüdlü Elşad Rəşad oğlu Şahbazzadə təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Xəbər lenti
Çox oxunanlar