Abşeron rayonunda 1982-ci il təvəllüdlü Əhməd şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı arvadı Elmiraya (adlar şərti verilib – red.) xəsarət yetirib. azdin.az -ın əldə etdiyi məlumata görə, hadisə bu ilin martın 10-da, saat təxminən 20.30 –da rayonun Digah qəsəbəsində baş verib.
Əhməd həmin qəsəbədə yerləşən evdə qısqanclıq zəminində arvadına stəkanla və əl zərbələri ilə vurub.
İstintaq orqanı tərəfindən Əhmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Sevinc Quliyevanın icraatına verilib.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Əhməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Elmira ilə 2011-ci ildə ailə həyatı qurub, birgə nigahdan iki övladları var: “Təxminən 2 il əvvəl Elmiranı başqa bir şəxsin avtomobilində qabaq oturacaqda əyləşdiyini gördüm. Həmin vaxt Elmira taksi maşını kimi ondan istifadə etdiyini bildirdi. Lakin məsələni araşdırdıqda məlum oldu ki, Elmira məni aldadıb. Sonradan həmin avtomobili idarə edən Səməd adlı şəxslə aramızda münaqişə yarandı. Səməd adlı şəxslə təkbətək görüşsəm də,həmin şəxs Elmira ilə arasında heç bir münasibətinin olmamasını dedi”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, bunabaxmayaraq onda şübhələr qalıb: “Sonradan Elmiranın mənə xəyanət etdiyini, dəfələrlə Səməd adlı şəxsin avtomobilində əyləşdiyini gördüm və onunla gizli telefon əlaqəsisaxlamasını aşkar etdim. Hətta Elmiranın istifadə etdiyi mobil nömrələr də Səməd adlışəxsin adına olub. Təxminən bir il əvvəl Elmiranın növbəti dəfə Səmədin idarə etdiyiavtomobildə tutdum. Aramızda dava-dalaş yarandı. Bu barədə Nəsimi rayon Polis İdarəsi tərəfindənaraşdırma aparıldı”.Təqsirləndirilən şəxsin sözlərinə görə, bunabaxmayaraq onda şübhələr qalıb: “Sonradan Elmiranın mənə xəyanət etdiyini, dəfələrlə Səməd adlı şəxsin avtomobilində əyləşdiyini gördüm və onunla gizli telefon əlaqəsisaxlamasını aşkar etdim. Hətta Elmiranın istifadə etdiyi mobil nömrələr də Səməd adlışəxsin adına olub. Təxminən bir il əvvəl Elmiranın növbəti dəfə Səmədin idarə etdiyiavtomobildə tutdum. Aramızda dava-dalaş yarandı. Bu barədə Nəsimi rayon Polis İdarəsi tərəfindənaraşdırma aparıldı”.
Təqsirləndirilən şəxs deyib ki, martın 10-da, saat təxminən 20.30-da evə gələnzaman Elmiranın kimləsə telefonla danışdığını eşidib: “Gizlin qapının arxasındanizlədim. Sonra evə daxil olaraq kiminlə danışmasını soruşdum. Elmira isə bacısı ilədanışmasını dedi. Telefonu onun əlindən alaraq zənglərin siyahısına baxdım. Elmiranın 35dəqiqə Səmədlə danışdığını gördüm. Bu zaman Elmiranın mənə xəyanət etdiyini bildim. Bu hərəkətindən əsəbləşdim. Özümü cilovlaya bilməyərək əlim ilə Elmiranın sifət nahiyəsinə 3 dəfə zərbəvuraraq onu yerə yıxdım. Telefonu əlindən almağa çalışdım. Əsəbləşərəkmasanın üzərində olan stəkanı ona tərəf atdım. Stəkan Elmiranın baş nahiyəsinədəydi. Sonra azyaşlı övladlarımın ağlamasını görərək sakitləşdim”.
O, ifadəsinin sonunda əməlindən peşman olduğunu deyib.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Elmiranın sözlərinə görə, Səməd adlı şəxsi isə təxminən 3 ildir tanıyır: “Əvvəllərhəmin şəxs taksi maşını idarə etdiyi üçün onun idarə etdiyi taksidən istifadə etmişəm. Birdəfə həmin şəxsin idarə etdiyi avtomobildə qabaq oturacaqda əyləşdiyimi ərim gördü və aramızda münaqişə yarandı. Bundan sonra ərim məni Səmədlə qısqanmağa başladı. Tez-tez münaqişə yaradaraq ona xəyanət etdiyimi, Sənədlə gizli münasibətimin olmasını iddia etdi. Dəfələrlə Səmədlə aramızda heç bir münasibətin olmamasını ərimə izah etdim”. Zərərçəkmiş şəxs deyib ki, martın 10-da bacısının baldızının evində münaqişə ilə bağlı Səmədlə telefonla danışıb və bəzi məsləhətlər alıb: “Həmi nvaxt Əhməd evdə olmayıb. Lakin birdən qəflətən Əhməd üstümə gəldi və telefonla kiminlə danışmağımı soruşdu. Əhmədə cavab olaraq yalandanbacım ilə danışdığımı bildirdim. Lakin Əhməd telefon zənglərinin siyahısına baxdıqda Səmədlə danışdığımı bildi. Baş, sifət və bədənimin müxtəlif nahiyələrinə əl zərbələri ilə vurdu və yerə yıxdı.Eyni zamanda masada olan şüşə stəkanı götürərək mənə tərəf atdı və stəkan başnahiyəmdən dəydi. Azyaşlı uşağımız qışqırdığı üçün Əhməd sakitləşərək məndən aralandı”.
Zərərçəkmiş ifadəsinin sonunda təqsirləndirilən şəxs ilə barışıb, ona qarşı heç bir şikayətiyoxdur.
Hakim hökm çıxaran zaman təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən cinayət işinə xitam verilib və Əhməd cinayət məsuliyyətindən azad olunub.
27-06-2025, 15:13
27-06-2025, 15:12
27-06-2025, 15:07
27-06-2025, 15:06
26-06-2025, 11:15
26-06-2025, 11:10
26-06-2025, 11:09
25-06-2025, 14:50
25-06-2025, 14:47
25-06-2025, 14:46
25-06-2025, 14:43
25-06-2025, 14:40
25-06-2025, 12:08
25-06-2025, 11:30
24-06-2025, 16:36
24-06-2025, 15:08
24-06-2025, 14:57
24-06-2025, 11:51
24-06-2025, 11:27
24-06-2025, 11:23