Bələdiyyə torpağında qanunsuz ev tikən şəxsin cəzası azaldıldı

Gəncə Apellyasiya Məhkəməsində Tərtərdə torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmada təqsirləndirilən Qılınc Mehdiyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Azdin.az-ın əldə etdiyi məlumata görə, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Tərtər Rayon Məhkəməsinin çıxardığı 2 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası dəyişdirilərək 1 ilə endirilib.

İttihama görə, Qılınc Mehdiyev 2022-ci ilin iyun ayında Tərtər rayonu, Hacıqərvənd kənd bələdiyyəsinin mülkiyyətində olan, kəndin prespektiv inkişaf fondunda saxlanılan 146 kv.m torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan zəbt edib. O, həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi tikməklə özbaşına tikinti işləri aparıb.

Xəbər lenti
Çox oxunanlar