Rusiya vətəndaşı olan azərbaycanlı Bakıda itkin düşüb

Bakıda 60 yaşlı Rusiya vətəndaşı olan azərbaycanlı itkin düşüb.

“Report”un əldə etdiyi məlumata görə, 1963-cü il təvəllüdlü, Rusiya Federasiyası vətəndaşı, ruhi əsəb xəstəsi olan Ədalət Rzayev oktyabrın 14-də yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., M.Cəlal küçəsi, 127 E, mənzil 72 ünvanından çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsində araşdırma aparılır.

Xəbər lenti
Çox oxunanlar