Bakıda avtomobillər toqquşub, 36 yaşlı qadın xəsarət alıb

Bakının Yasamal rayonunda 36 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1987-ci il təvəllüdlü Sevinc Hətəmxan qızı Sabirli xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır

Xəbər lenti
Çox oxunanlar