11 gün əvvəl Quba-Xaçmaz yolunda qəzaya düşən sürücü xəstəxanada ölüb

Oktyabrın 6-da Quba-Xaçmaz yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ağır bədən xəsarətləri alan 42 yaşlı sürücü xəstəxanada dünyasını dəyişib.


“Report” xəbər verir ki, 1981-ci il təvəllüdlü Pərviz Eynulla oğlu Hüseynov Sumqayıt şəhər xəstəxanasında ölüb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində Azərbaycan Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Xəbər lenti
Çox oxunanlar