Bakıda qadın qəzada ağır xəsarət alıb

Bakının Xətai rayonunda 47 yaşlı qadını avtomobil vurub.

“Report”un məlumatına görə, avtomobil yolu keçən 1976-cı il təvəllüdlü Aynurə İbrahim qızı Namazovanı vurub.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
Çox oxunanlar