Bakıda 60 yaşlı qadını avtomobil vurub

Bakının Nizami rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, avtomobil yolu keçən 1963-cü il təvəllüdlü Tutuxanım Nüsrət qızı Aşırovanı vurub.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Xəbər lenti
Çox oxunanlar