Paytaxtda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var

Bakının Qaradağ rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sərnişinlər - 2012-ci il təvəllüdlü Rafiq Ziyəddin oğlu Balakişiyev və 1989-cu il təvəllüdlü Leyli Adil qızı Əzimova xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
Çox oxunanlar