Bakıda avtomobil yaşayış evinin darvazasına çırpılıb - FOTO

Bakının Xətai rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Süleyman Əhmədov küçəsində qeydə alınıb. Belə ki, idarəetməni itirən “Volkswagen” markalı minik avtomobilinin sürücüsü maşını əvvəlcə dayanmış vəziyyətdə olan KIA-ya, daha sonra fərdi yaşayış evinin darvazasına çırpıb. KIA markalı minik maşını isə zərbənin təsirindən “Toyota Prius” markalı avtomobilə çırpılıb.

Əraziyə polis əməkdaşları cəlb ediliblər. Hadisənin təfərrüatı araşdırılır.

Xəbər lenti
Çox oxunanlar