Binədə 57 yaşlı qadını avtomobil vurub

Bakının Xəzər rayonunun Binə qəsəbəsində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, avtomobil yolu keçən 1966-cı il təvəllüdlü İradə Əşrəf qızı Həsənovanı vurub.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
Çox oxunanlar