Xaçmazda Türkiyə vətəndaşını qarşı quldurluq edən şəxsə ağır cəza verildi

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Xaçmazda quldurluqda təqsirləndirilən Saqif Muradlının (şərti) cinayət işi üzrə məhkəmə istintaq yekunlaşıb.

Azdin.az-ın əldə etdiyi məlumata görə, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

İttihama görə, hadisə 11 mart 2022-ci il tarixdə, saat 20 radələrində Xaçmaz şəhəri, Bakı prospektində, “Şimal Mall” ticarət mərkəzinin yaxınlığında qeydə alınıb.

Belə ki, Saqif Muradlı həmin ərazidə piyada hərəkət edən zaman Türkiyə vətəndaşı, zərərçəkmiş Akif Mehmetə (şərti) hücum edərək qarşısını kəsib. Daha sonra o, üzərində olan bıçaqla zərərçəkmiş şəxsi hədələyərək pul tələb edib. Akif Mehmet isə Saqifə pul verməkdən imtina edib. Bu zaman o, yerdən götürdüyü daş parçasını silah qismində tətbiq etməklə əcnəbinin baş nahiyəsinə qəsdən vurub, sonra yumruqla zərərçəkmiş şəxsin sifətinə zərbə endirərək onu yerə yıxıb. Daha sonra Saqif Akifin sifət nahiyəsinə yumruq zərbələri vuraraq ona xəsarətlər yetirib və zərərçəkmişin şalvarın cibindən 20 manat pulu götürüb hadisə yerindən uzaqlaşıb.

Xəbər lenti
Çox oxunanlar