Zoopark”a qarşı məhkəmə başladı

“Zoopark”a qarşı məhkəmə başladı

Reklamınızı SmartBee ilə effektiv edin.
Bakı Kommersiya Məhkəməsində “Master-Ofis” MMC-nin Bakı Şəhər Heyvanat Parkına (“Zoopark”) qarşı iddiası üzrə məhkəmə iclası başlayıb.


Azdin.az-ın əldə etdiyi məlumata görə, hakim Nərmin Əhmədovanın sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası dekabrın 12-nə təyin edilib.

Qeyd: "Master-Ofis” MMC-nin Bakı Şəhər Heyvanat Parkını məhkəməyə verərək maddi ziyanın ödənilməsi barədə tələb irəli sürüb.

Xatırlatma: Mətbuatda yayılan məlumata əsasən, "Master-Ofis” MMC-nin adı daha əvvəl Neftçala Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı İsmayıl Vəliyevin məhkəmə prosesində keçib.

2015-ci ilin fevral ayında təsis olunan şirkətin hüquqi ünvanı da Neftçala şəhərində yerləşir. Nizamnamə kapitalı 50 manat olan MMC-nin qanuni təmsilçisi Bağırov Mirzə Zakir oğludur. 

Bu şirkət daha əvvəl Samur-Yalama Milli Parkında daşına bilən evlərin tikilməsi və quraşdırılması işlərini həyata keçirib. 

Şirkətin Heyvanat Parkında hansı işləri gördüyü və hansı səbəbdən ziyana düşməsiylə bağlı məlumat verilməyib.

Xəbər lenti
Çox oxunanlar