Qadınları Türkiyədə cinsi istismara məruz qoyan şəxs Ali Məhkəməyə müraciət etdi

İnsan alverində təqsirləndirilən Qənimə Ədilovanın barəsindəki hökmdən kassasiya şikayəti verilib.

Azdin.az-ın əldə etdiyi məlumata görə, şikayət hakim Vidadi Cəfərovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası noyabrın 30-na təyin edilib.

Qeyd: Rəsmi məlumata görə, Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı olan qadınların etibarından sui-istifadə edərək, Türkiyədə yüksək gəlirli işlə təmin edəcəyi vədi ilə aldadaraq Antalya şəhərinə aparıb orada cinsi istismara məruz qoymaqda şübhəli bilinən Qənimə Ədilova tutulub.
 

Onun barəsində Cinayət Məcəlləsinin 144-1-ci (İnsan alveri) maddəsi ilə ittiham irəli sürülüb. 

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qənimə Ədilova 8 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti
Çox oxunanlar