Arvadını və qızını bıçaqlayan şəxs apellyasiya şikayəti verdi


Bakıda həyat yoldaşı və qızını bəçaqlamaqda təqsirıəndirilən Aqil Məmmədovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

Azdin.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses noyabrın 29-na təyin edilib.

Şikayət hakim Mirzəli Abbasovun sədrliyi ilə araşdırılacaq.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Məmmədov 4 il azadlıqdan məhrum edilib.  

İttihama görə, hadisə Sabunçu rayonunun Sabunçu qəsəbəsində baş verib. 1973-cü il təvəllüdlü Aqil Məmmədov 1977-ci il təvəllüdlü həyat yoldaşı Sürəyya Məmmədovaya bıçaqla ağır bədən xəsarəti yetirib. 

Ər arvadını bıçaqlayan zaman atası ilə anasının davasının qarşısını almağa çalışan 2003-cü il təvəllüdlü Məmmədova Gülmira Aqil qızı da sol əlindən bıçaqlanıb.

Xəbər lenti
Çox oxunanlar