Saatlıda 45 yaşlı kişini qətlə yetirən şəxsə hökm oxundu

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Saatlı şəhərində 45 yaşlı kişini qətlə yetirməkdə təqsirləndirilən Kənan Nərimanzadənin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Azdin.az-ın əldə etdiyi məlumata görə, hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. 

Qeyd: Bu il iyunun 4-ü saat 01 radələrində 1978-ci il təvəllüdlü Elşad İsmayılovun Saatlı şəhərində yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 2005-ci il təvəllüdlü Kənan Nərimanzadənin aralarında yaranmış mübahisə zamanı Elşad İsmayılova kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib 

Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Kənan Nərimanzadə prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Xəbər lenti
Çox oxunanlar