Lənkəran Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə və cinayət əməllərində təqsirləndirilən Müşviq İskəndərovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Azdin.az.az-ın əldə etdiyi məlumata görə, hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 13 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Şirvan Apellyasiya Məhkəməsi isə Müşviq İskəndərovun cəzasını 16 ilə qaldırıb.
Qeyd: 2022-ci noyabrın 18-də Masallı rayonu, Qızılağac kənd sakini 1957-ci il təvəllüdlü Etibar Məmmədovun üzərində xəsarət izləri olan meyitinin Salyan rayonu, Xocalı kəndi ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə həyata keçirilmiş intensiv istintaq və əməliyyat axtarış tədbirləri ilə Etibar Məmmədovun sərnişin kimi avtomobilinə götürdüyü 1975-ci il təvəllüdlü Müşviq İskəndərovun aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Müşviq İskəndərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.