Bakıda hoteldə yanğın olub


Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində yerləşən üçmərtəbəli otelin birinci mərtəbəsində yerləşən restoranın tüstü bacasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.
FHN-dən  verilən xəbərə görə, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində tüstü bacasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Obyekt yanğından mühafizə olunub.

Xəbər lenti
Çox oxunanlar