Tanışını bıçaqlayan şəxsə hökm oxundu


Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Elvin Quliyev (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
 
Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 
İttihama görə, hadisə 20 fevral 2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz kimi tanınan və 160 saylı sərnişin daşıma avtobusunun dayanacağında qeydə alınıb.
 
Belə ki, Elvin Quliyevlə zərərçəkmiş Vüsal Məmmədli (soyadı şərti) ilə arasında mübahisə yaranıb. Mübahisəyə səbəb zərərçəkmişin ona qarşı nalayiq ifadələrin işlətməsi olub. Nəticədə o, üzərində gəzdirdiyi bıçaqla onun qarın nahiyəsindən qəsdlə 1 dəfə vuraraq xəsarət yetirib.
 
Hadisədən sonra Elvin Quliyev cinayət məsuliyyətinə cəlb edilib.

Xəbər lenti
Çox oxunanlar