Xadimə kimi işə düzəltmək adı ilə dələduzluq etdi - HÖKM

Ağdaş Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Səməndər Həsənovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
 
Hakim Anar Əsgərovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Məhkəmənin hökmü ilə ona 480 saat ictimai işlər cəzası təyin edilib.
 
İttihama görə, Səməndər Həsənov etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq edib.
 
Belə ki, o, zərərçəkmiş şəxs A.A-nı (şərti) tanışları vasitəsilə Ağsu Rayon Mərkəzi Xəstəxanasında xadimə olaraq işlə təmin etdirəcəyi vədi ilə aldadıb. Səməndər Həsənov ötən il bu yolla həmin şəxsin 850 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib.
 
Daha sonra o, zərərçəkmişin şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.

Xəbər lenti
Çox oxunanlar