95 tələbə tantunidən ZƏHƏRLƏNDİ

Türkiyənin Kastamonu vilayətində Hüma Hatun Qızlar Yataqxanasında axşam saatlarında toyuq tantuni yeyən tələbələr səhər saatlarında ürəkbulanma və qusma şikayəti ilə təcili yardım çağırıblar.
 
Tələbələr xəstəxanaya çatdırılıb.

Onlara qida zəhərlənməsi şübhəsi ilə tibbi yardım göstərilib. Tələbələrin ürək bulanması, qarın ağrısı və ishal şikayətləri ilə üzləşdiyi bildirilib.
 
Rəsmi açıqlamaya görə, hadisə nəticəsində 95 şagirdin qida zəhərlənməsindən təsirləndiyi, 72 şagirdin Kastamonu Təhsil və Araşdırma Xəstəxanasına köçürüldüyü, müalicələrinin davam etdiyi, heç birinin həyati təhlükəsi olmadığı aydın olub.
 
Hadisə ilə bağlı lazımi araşdırmalar davam edir.

Xəbər lenti
Çox oxunanlar