Bakıda taksi sürücüsü bıçaqlanıb


Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.
Hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

1985-ci il təvəllüdlü Yədulla Kazım oğlu Əmirov çayxanada tanışı ilə mübahisə edib.
Mübahisə zamanı o bıçaqlanıb.
Yaralı Sabunçu Tibb Mərkəzinin cərrahiyə şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, Y.Əmirov taksi sürücüsü kimi fəaliyyət göstərir.

Xəbər lenti
Çox oxunanlar