Bakıda körpünün bir hissəsi uçdu: sürücü xəsarət aldı -VİDEO


Bakıda "Şamaxinka" körpüsü qəzalı vəziyyətdədir.
Bu barədə görüntülər İTV-nin efirində yayımlanıb.
Belə ki, daş parçası körpüdən qoparaq hərəkətdə olan "Toyota Prius" markalı avtomobilin üzərinə düşüb.
Zərərçəkən Asiman Nuriyev bildirib ki, hadisə nəticəsində maşının arxa şüşəsi tamamilə sınıb.
Həmçinin daşın onun çiyninə düşdüyünü də qeyd edib.
Ətraflı süjetdə:
 

Xəbər lenti
Çox oxunanlar