Bakı Apellyasiya Məhkəməsində xuliqanlıq etməkdə təqsirləndirilən Elsəvər Babayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hakim Anar Tanrıverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Qaradağ Rayon Məhkəməsinin hökmü ilə o, 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. E.Babayevin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilib və məhkəmə iclas zalından dərhal həbsə alınıb.
İttihama görə, hadisə 24 sentyabr 2022-ci il tarixdə, saat 19.00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü E.Babayev qonşusu, 1979-cu il təvəllüdlü Ramil Əşrəfova avtomobili park park etmə ilə bağlı irad tutub. Daha sonra onların arasında dava düşüb. Nəticədə o, zərərçəkmişin bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri endirərək bıçaqlayıb. Eyni zamanda, E.Babayev əraziyə onları ayırmağa gələn Novruz Nağıyevə də xəsarət yetirib.
Hadisədən sonra E.Babayev cinayət məsuliyyətinə cəlb olunub.
5-07-2025, 15:23
5-07-2025, 15:22
5-07-2025, 15:05
5-07-2025, 15:04
5-07-2025, 13:15
4-07-2025, 14:31
4-07-2025, 14:28
4-07-2025, 12:21
4-07-2025, 11:40
4-07-2025, 11:38
4-07-2025, 11:34
4-07-2025, 11:09
4-07-2025, 09:45
3-07-2025, 15:14
3-07-2025, 15:10
3-07-2025, 15:04
3-07-2025, 15:02
3-07-2025, 15:02
3-07-2025, 14:24
3-07-2025, 11:19