Bu barədə görüntüləri o, özünün İnstaqram hesabında paylaşıb
Məsələ izləyicilər tərəfindən ciddi müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, xarici ölkə vətəndaşının Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşmüş bəzgək quşlarını ovlaması ilə bağlı sosial şəbəkədə yayılan foto əsasında araşdırma aparılıb və onun Suriya Ərəb Respublikası vətəndaşı Belal Aldaas olduğu müəyyən edilib.
O qeyd edib ki, qanunsuz ov edən şəxsin əməlində cinayət tərkibi olduğundan məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndəriləcək.