Məhkəmə mağaza sahibini daşla vuran şəxslə bağlı qərar çıxardı

Şəki Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən A.Abdullayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
 
Hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 
Qərara əsasən, şikayət təmin edilməyib.
 
Zərdab Rayon Məhkəməsinin hökmü ilə o, 2 il müddətinə azadlıqdan məhrum edilib.
 
İttihama görə, hadisə ötən il Zərdab rayonu, Pərvanlı kəndində qeydə alınıb.
 
Belə ki, A.Abdullayev həmkəndlisi, zərərçəkmiş N.Rüstəmova məxsus tikinti materialları mağazasının yan hissəsində istirahət üçün nəzərdə tutulan çayxananın pəncərələrini heç bir səbəb olmadan daşla vuraraq, yararsız hala salıb. Bundan sonra isə o, daşla həmin mağazanın sahibinin sol qolunun dirsək nahiyəsindən qəsdən vuraraq, ona xəsarət yetirib.
 
Hadisədən sonra A.Abdullayev cinayət məsuliyyətinə cəlb edilib.

Xəbər lenti
Çox oxunanlar