Abşeron Rayon Məhkəməsində pornoqrafik materialları və ya əşyaları qanunsuz yaymada təqsirləndirilən Mahir Səfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 1 il müddətinə İnformasiya Kommunikasiya Texnologiyalarından (İKT) istifadə etməklə kommersiya məqsədilə və ya belə məqsəd olmadan saytlar yaratmaq, elektron ticarətlə məşğul olmaq hüququndan məhrum edilməklə 3 000 manat məbləğində cərimə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməyib.
İttihama görə, Mahir Səfərov “Telegram” sosial şəbəkəsində “Xalaşqa” adlı kanal yaradıb. O, həmin kanalda 2023-cü ilin yanvar ayından 05 aprel 2023-cü il tarixədək olan müddət ərzində pornoqrafik materialları reklam etməklə yayıb.
Daha sonra Mahir Səfərov saxlanılıb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
5-07-2025, 15:23
5-07-2025, 15:22
5-07-2025, 15:05
5-07-2025, 15:04
5-07-2025, 13:15
4-07-2025, 14:31
4-07-2025, 14:28
4-07-2025, 12:21
4-07-2025, 11:40
4-07-2025, 11:38
4-07-2025, 11:34
4-07-2025, 11:09
4-07-2025, 09:45
3-07-2025, 15:14
3-07-2025, 15:10
3-07-2025, 15:04
3-07-2025, 15:02
3-07-2025, 15:02
3-07-2025, 14:24
3-07-2025, 11:19