Ali Məhkəmədə Bakıda bir nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasında təqsirləndirilən Vaqif Novruzovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə bildirib ki, təqsirləndirilən şəxs kassasiya şikayətini geri götürüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vaqif Novruzov 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.